Bakıda poliklinikada ödəniş davası (Video izlə)

Bakıda poliklinikada ödənişə görə mübahisə yaranıb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 8 saylı poliklinikada baş verib.

Şəxslər iş yerindən tibbi arayış almaq üçün ərazi üzrə poliklinikaya yönləndiriliblər.

Hadisə şahidləri bildiriblər ki, ilkin ehtimala görə, vətəndaşla tibb işçiləri arasındakı mübahisənin səbəbi ödənişin nağd yox, kart vasitəsilə edilməsi tələbindən yaranıb.

Vətəndaş ödəniş kartının olmadığını, ödənişi nağd həyata keçirmək istədiyini deyib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir