Bakıda məktəblini döyən mühafizəçi işdən çıxarıldı – RƏSMİ

Bakı şəhəri 189 nömrəli tam orta məktəbdən şagirdin döyülməsi xəbəri təsdiqlənib.

Bu barədə bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:

“Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Baş verən hadisənin görüntülərini təqdim edirik:

Related posts

Sürücüləri çaş-baş salan lövhə: “Elə bildim ki, işıqfordur, işləmir” – VIDEO

Bakıda iki yaşlı körpə xəstəxanada öldü – VİDEO

RƏZALƏT: Boğazına ip bağlayıb qayınanasının ayağından öpdürdükləri şəxsin atası danışdı – VİDEO

2 şərhlər

autovermietung berlin İyun 12, 2024 - 6:21 səhər

Your article is truly remarkable! The way you’ve explained the topic with such clarity and precision is highly commendable. Readers are sure to benefit immensely from the wealth of knowledge and practical insights you’ve shared. It’s clear that your understanding of the subject is deep and thorough. I’m eagerly looking forward to more of your exceptional work in the future. Thank you for imparting your expertise and illuminating us with such detailed and insightful content.

Add Comment