Bakıda məktəbdə yanğın olub – YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbdə yığılmış tullantılarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində məktəbin həyətində 0,5 kvadratmetr sahədə taxta qırıntıları yanıb.

10:36

Bakıda məktəbdə yanğın baş verib.

Yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunublar.

Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir