Bakıda kişi yola uzanaraq başını asfalta çırpdı (Video izlə)

Bakı şəhərində kişi yolun ortasına uzanıb və başını asfalta çırpıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, “Koroğlu” nəqliyyat qovşağı – Dərnəgül yolu istiqamətində naməlum şəxs yolun hərəkət hissəsinə uzanaraq, başını yerə çırpıb. 

Onun yolda bu cür hərəkəti avtomobiilərin də hərəkətinə çətinlik yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, görüntülər barədə araşdırma aparılır:

“Həmin adamın şəxsiyyətinin araşdırılması üzrə lazımi tədbirlər görülür”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir