Bakıda “İstanbul” klinikası məhkəməyə verildi

Bakıda tanınmış “İstanbul NS” klinikası barəsində cərimə protokolu tərtib edilib.

Klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsinin tələblərini pozmaqda təqsirli bilinir.

Artıq “İstanbul NS” klinikası barədə müvafiq protokol məhkəməyə göndərilib.

İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, klinikanı 2 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “İstanbul NS” daha çox estetik əməliyyatların keçirildiyi klinika kimi tanınır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir