Bakıda iki polisi güllələyən şəxs öldü – FOTO

Bakıda həbsxanada məhkum ölüb.

Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, G. Lətifov tanınmış polis rəisinin müavinini güllələməkdə təqsirli bilinərək həbs edilib.

Məlum hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. G. Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. F. Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib.

Güllələnən Akif Nəzərov həmin dövrdə Suraxanı rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini olub. İnsident zamanı xəsarət alan, rəis müavininin oğlu Asif Nəzərov həmin dövrdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində çalışıb.  

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib