Bakıda icra məmuru qadın vəkili DÖYDÜ – FOTO

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb.

Bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məsələyə ilə bağlı polisə müraciət daxil olub: “Tərəflər arasında mübahisə şəxsi zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO