Bakıda hidranta müdaxilə edildi: Ərazini su basdı – VİDEO

Suraxanı rayonu, Yeni Bahar qəsəbəsində hidranta müdaxilə edilib.

Bu barədə qəsəbə sakinləri məlumat veriblər. Bildirilib ki, qəsəbədə üç gündür, su yoxdur:

“Qəsəbənin suyu haraya axır? Heç kimin də vecinə deyil. Qəsəbədə hidranta müdaxilə edilib, su boşuna axıb”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, açılan hidrant artıq bağlanıb:

“Hidrantlar hər iki tərəfdən qapaqla bağlanır və özbaşına müdaxilə yolverilməzdir. Ona Fövqəladə Hallar Nazirliyi və “Azərsu” ASC-nin işçiləri müdaxilə edə bilərlər. Oradan, çox güman ki, su götürmək üçün vətəndaşlar və yaxud da sudaşıyan maşınların əməkdaşları hidrantı açıblar. Nəticədə belə açıq qalıb”.

“Təəssüf ki, ətrafda sudaşıyan maşınlar pul ödəməmək üçün hidrantlara müdaxilə edirlər. Suraxanı Rayon Polis İdarəsinə bu cür halların qarşısını almaq üçün müraciət edilib”, – deyə A.Cəbrayıllı əlavə edib.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video