Bakıda hərbi sursat aşkarlanıb – FOTO/VİDEO

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı iki ədəd “F-1” əl qumbarası, iki ədəd UZRQM partladıcısı, dörd ədəd 7,62 mm-lik avtomat mərmisi, 18 ədəd 5,45 mm-lik avtomat mərmisi və iki ədəd penal avtomat təmizləyicisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO

1 şərh

промокоды 1хбет на сегодня Oktyabr 18, 2023 - 11:36 səhər

промокоды 1xbet 2024 промокоды 1xbet 2024

Add Comment