Bakıda eyvandan insanların başına qab-qacaq atıldı: Polis hərəkətə keçdi – VİDEO

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.

Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.

11:44

Bakıda binanın yuxarı mərtəbələrindən küçəyə qab-qacaq atılıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Belə ki, pəncərədən atılan qab-qacaq piyadalar və sürücülər üçün təhlükə yaradıb.

Məlumata görə, hadisə ailə münaqişəsi səbəbindən baş verib.

Related posts

Bakıda avtobusun sürücüsündən özbaşınalıq: “Nağd pulun yoxdursa, düş” – VİDEO

Bakıda sürücülərə cərimə tərtib olunması üçün gizli kamera quraşdırılıb? – VİDEO

Paytaxtda avtomobillər üçün “hovuz”: Yaşayış kompleksinin həyəti su ilə doldu – VİDEO