Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 19 yaşlı Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.
O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb.