Bakıda dəhşətli zəncirvari qəza: Ölən və yaralananlar var – FOTO/VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Baş DYP İdarəsinin verdiyi məlumata görə, Paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Baş verən ağır qəzada xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir