Bakıda dəhşətli yanğın: Ölənlər var (Video izlə)

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.

Baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kvadratmetr sahəsi olan sexin 44 kvadratmetri yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.

FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir