Bakıda dəhşət: Üç yaşlı körpənin mədəsindən görün nə tapıldı – FOTO

Bakıda körpənin mədəsində yad cisim aşkarlanıb.

Hadisə bu gün paytaxt ərazisində olan özəl klinikalardan birində qeydə alınıb.

Üç yaşlı körpənin müayinəsi zamanı gözlənilməz hal ortaya çıxıb.

Belə ki, azyaşlının mədəsində yad cisim, vint parçası aşkar edilib. 

Məlum olub ki, körpə, vint qırığını götürərək burnuna qoyub. Daha sonra metal cisim burun-udlaq vasitəsilə qida borusuna, oradan isə mədəyə düşüb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video