Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – FOTO

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7 kvadratmetr sahədə, mətbəx mebeli 3 p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir