Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın (Video izlə) 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin 112 qaynar xəttinə Nəsimi rayonu Cavad xan küçəsində, çoxmərtəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir