Bakıda bu ərazi narkomanların məskəninə çevrilib (Video izlə)

Paytaxtda yerləşən yaşayış binasının blokunda huşsuz vəziyyətdə görüntüləri yayılan şəxs tüfeyli həyat tərzi keçirir. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

Polis mayoru bildirib ki, həmin videodakı şəxs narkotik maddə alüdəçisidir və tüfeyli həyat tərzi keçirir:

“Qeyd edilən ünvanda, ümumiyyətlə Yasamal rayonu ərazisində bu tipli həyat tərzi keçirən şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə, eləcə də ehtiyac olduğu təqdirdə məcburi müalicəyə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən nəzarət daha da gücləndirilib. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək”.

Qeyd dək ki, söhbət paytaxtın Zivərbəy Əhmədbəyov 39 ünvanından gedir.

Belə ki, sözügedən ünvanda yerləşən beşmərtəbəli binalardan birində yaşayan vətəndaşın lentə aldığı görüntülərə görə, narkotik maddə qəbul edən şəxs blokda huşsuz vəziyyətdə qalıb.

Vətəndaş paylaşımda onu da qeyd edib ki, binanın giriş qapısına kod qoyulsa da, narkotik istifadəçiləri bir yol tapıb içəri daxil olurlar.

Related posts

Həmdan: İsrail rejimi uğursuzluqları səbəbinə müzakirələrə qoşulmaqda acizdir

Rəhbər: Bəsic…

Laricani: İran İsrailə qarşı cavab hazırlığı görür