Bakıda bir həftədir xəstəxananın dəhlizində gecələyən qoca kimdir? -FOTO

Bakıda yaşlı kişi xəstəxananın dəhlizində gecələyir.

Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, yaşlı kişi bir həftədir Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1 AZ1022 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində özünə məskən salıb. Onun bu vəziyyəti kənardan müşahidə edənlərin narahatlığına səbəb olub.

Bununla bağlı tənqidləri qeyd edən sosial şəbəkə istifadəçiləri yaşlı kişiyə xəstəxanada sahib çıxanın olmadığını bildiriblər.

1 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra məlumat veriləcək”.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir