Bakıda binada yanğın baş verib – VİDEO

Bakının Yasamal rayonunda binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, yanğın Əsəd Əhmədov küçəsində yerləşən binalardan birində qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb ediliblər.

Mənzildə baş verən yanğın söndürülüb.

Hadisə baş verərkən evdə heç kim olmayıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir