Bakıda avtomobillərin qənimi tutuldu – ANBAAN VİDEO

Paytaxtın Nizami rayonunda bir nəfərin müxtəlif ünvanlarda saxlanılan avtomobillərə ziyan vurmasının görüntüləri yayılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vasitəsinə ziyan vurduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib. 

Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir