Bakıda avtomobil piyadanı vurub öldürdü – FOTO/VİDEO

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

“Opel” markalı minik avtomobili hərəkətdə olarkən orta yaşlı kişi qəfil yola çıxıb. Bu zaman sürücü idarəetməni tənzimləyə bilməyərək piyadanı vurub.

Hələ ki, şəxsiyyəti müəyyən edilməyən piyada hadisə yerində ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir