Bakıda avtomobil aşdı: İki əsas yolda sıxlıq yarandı – VİDEO

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, “Dədə Qorqud” parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Bu gün səhər saatlarında Bakıda – Azadlıq prospekti və Bakıxanov küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı sürücü idarəetməni itirərək “Mitsubishi” markalı pikapı aşırıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir