Bakıda avtobus od tutub yandı (Video izlə)

Bu gün saat 12:00 radələrində Bakıda Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində “BMH” MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

“Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb”, – məlumatda deyilir.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir