Bakıda avtobus evin üstünə çıxdı (Video izlə)

Bakıda avtobus qəzaya uğrayıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Şəbəkə istifadəçilərinin şərhlərinə əsasən, qəza Suraxanı rayonu Köhnə Günəşli ərazisində baş verib.

Belə ki, marşrut avtobusu yol kənarındakı müşahidə kamerasını sındırıb, daha sonra yoldan bir neçə metr aşağıdakı hasara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Qəza nəticəsində xəsarət alanların olub-olmadığı haqqında hələlik məlumat yoxdur.

Görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir