Bakıda ağır qəza: Dirək qopdu, 3 nəfər xəstəxanalıq oldu – FOTO

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.

Qəza Əbdülvəhab Salamzadə küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətə çıxıb. Bu zaman o hərəkətdə olan “Kia” ya çırpılıb. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb. 

Hadisə nəticəsində işıq dirəyi yerindən qopub. 3 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir