Bakıda ağır qəza: 5 avtomobil bir-birinə çırpıldı – FOTOLAR

Bakıda ağır yol qəzası hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 10 radələrində Əhməd Rəcəbli küçəsində, “Hilal elektrik”in qarşısında qeydə alınıb.
Qəza nəticəsində 4-5 avtomobilə ciddi ziyan dəyib.

Belə ki, “Opel” markalı avtomobil “Chevrolet” markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində avtomobillər qarşıdakı maşınlara da çırpılaraq ağır yol qəzası yaradıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir