Bakıda adam oğurluğunun görüntüləri yayıldı: DİN açıqlama verdi- ANBAAN VİDEO

Bakıda qadın oğurlanaraq qaçırılıb. Hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. 

Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.

Daxili İşlər Nazirliyi Bakıda qadının qaçırılmasına dair görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”, – deyə DİN rəsmisi qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir