Bakı Zooparkında maraqlı hadisə: Adını siz qoyun – FOTO

akı Zooloji Parkında pələng balaları doğulublar.

Bu barədə parkın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, pələnglərin biri erkək, 2-si isə dişidir. Çəkiləri 5,4-5,7 kq aralığında olan balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmırlar. Qidalarını isə ana pələng öz yuvasına gətirir. 

Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib. Park rəsmiləri adların sosial şəbəkə istifadəçiləri tərəfindən seçilməsini istəyirlər. Bunun üçün ən yaxşı ad təkliflərinin rəy bölməsində qeyd olunması da bildirilib. Adla bağlı fikrinizi bildirmək üçün bu linkə daxil ola bilərsiz. 

Məlumatda qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayırlar. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir