Bakı yaxınlığındakı gəmidə yanğın niyə baş verib: FHN məlumat yaydı

Bakı şəhəri Qaradağ rayonunda Puta Dəniz Limanında  baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın qoşqu gəmisinin mühərrik zalında baş verib. Belə ki, hadisə nəticəsində qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanaraq yararsız hala gəlib. FHN məlumatına görə gəminin qalan hissəsi yanğından mühafizə olunub. Hər hansı bir xəsarət alan barəsində məlumat verilmir.

Xatırladaq ki, dünən təxminən saat 21:00 radələrində Bakı şəhərinin Qaradağ rayonu Puta Dəniz Limanında gəmidə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti çağırış üzrə cəlb olunub. Bir saata qədər sürən yanğınsöndürmə işləri nəticəsində yanğın tam olaraq söndürülüb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir