Bakı-Sumqayıt yolunda “Prius” yük maşınına çırpıldı- Ölən və yaralanan var (Video izlə)

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Ekologiya postu” yaxınlığında qeydə alınıb.

Qəza zamanı “Toyota Prius” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. 

Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub.

Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Qəza zamanı minik avtomobilinin sürücüsü, 33 yaşlı Aqil Məmmədov ölüb. “Toyota Prius” markalı maşının sərnişini, 21 yaşlı Ruslan Səmədov isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Faktı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO