Bakı sakinləri bu gün səhər saatlarında səmada yanan obyektin yerə doğru hərəkət etdiyini görüblər.
Havada alovlanan obyektin şəhərin bir çox yerindən göründüyü bildirilir.
Azərbaycanın Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib ki, kosmosda müxtəlif ölçülü çoxlu göy cisimləri var. Müxtəlif səbəblərdən köhnəlir, orbitini tərk edir və istənilən istiqamətə uça bilir. O, bildirib ki, bu cismlər bəzən Yetin orbitinə çata bilir və yüksək sürət səbəbindən qızır və parçalanır. Belə obyektlərə meteorlar deyilir. Yerə düşəndə isə qaya parçalarına çevrilirlər. Bu cismlər müxtlif formada olur. Yeyə çatmamış külə çevrilir. Bakının səmasında müşahidə olunan obyekt də yəqin ki, meteor olub.