Bakı-Quba yolunda DƏHŞƏT: Kabinədə asılmış kişi meyiti tapıldı

Xızı rayonu ərazisində avtomobildə asılmış kişi meyiti aşkarlanıb.

Dünən Bakı-Quba yolun Sitalçaydan keçən hissəsində “Shacman” markalı, 21-BG-404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində asılmış meyiti tapılıb.

İlkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olması məlum olub.

Belə ki, yük maşınının sürücüsü olan 42 yaşlı şəxsin özünü kabinədən asaraq həyatına son qoyması müəyyən edilib.

Faktla Bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO