Bakı-Qazax magistralında yol nişanlarındakı ciddi səhvlə bağlı RƏSMİ açıqlama (Video izlə)

Azərbaycanda magistralda yol nişanlarının yanlış quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yol nişanlarının quraşdırılmasında hər hansı yanlışlıq yoxdur:

“Yol nişanları ilə bağlı yanlışlıq yoxdur. Lakin buna baxmayaraq, aidiyyəti qurum əməkdaşları ilə birgə əraziyə baxış keçiriləcək”.

15:50

Azərbaycanda magistralda yol nişanlarının quraşdırılmasında yanlışlığa yol verilib.

Bununla bağlı görüntülər Bakı-Qazax yolunda qeydə alınıb.

Belə ki, sürücülər yol boyunca bütün geriyə dönmə nişanlarının (5.11.1) səhv quraşdırıldığını və ümumiyyətlə bu yolda nişanlanma ilə bağlı vəziyyətin ürəkaçıcı olmadığını deyirlər.

Belə ki, qanunvericiliyə görə, geriyə dönmə üçün məlumat verən nişan yolun həmin hissəsindən 150-300 metr öncə quraşdırılmalıdır. Lakin sözügedən videoda nişan yolun avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə paralel qoyulub. Bu isə sürücüləri çaşdırmaqla yanaşı, həm də ciddi təhlükə yaradır. 

Həmin görüntüləri təqdim edirik:

https://baku.tv/embed/108424

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir