Bakı küçələrində qaçan camış HƏYƏCANI: Maşınları əzdi, həyətlərə hücum etdi (Video izlə)

Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.

Səhər saat 4 radələrində sahibinin əlindən qaçmış camış ürkərək həyətlərə daxil olub, vətəndaşlara xeyli ziyan vurub.

Xətai rayonu, Mirzə Davud küçəsində qaçan camışı bir neçə saat şəhər küçələrində qovduqdan sonra tutmaq mümkün olub. Buna qədər o bir neçə avtomobilin güzgüsünü, həyətlərin qapılarını qırıb, həyətlərdə qoyulmuş əşyaları əzib.

Məlumata görə, həmin camış kəsilib satılmaq məqsədilə ət alverçiləri tərəfindən şəhərə gətirilib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir