Bakı küçələrində insanların qorxusuna çevrilən şəxs peyda olub – VİDEO

Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan şəxs peyda olub.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslə qarşılaşdıqlarını bildiriblər. O, həm də, sürücülərin hərəkətinə mane olub.

Ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir