Bakı: İranla Azərbaycan Respublikası arasındakı münasibətlər dostluq və əməkdaşlığa əsaslanır

Qafqaztimes xəbər verir ki, bazar ertəsi günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, İran və Azərbaycan arasındakı sərhəd yaxınlığında hər hansı üçüncü bir ölkənin qüvvələrinin olmasını təkzib edərək ölkəmizin Tehranla əlaqələrini “dostluq və əməkdaşlığa” əsaslandığını bildirib.”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın dediklərinin təfərrüatları dünən, 4 oktyabr bazar ertəsi Azərbaycan Respublikasının rəsmi xəbər agentliyinin saytında yerləşdirilmişdir.

O, gündəlik mətbuat konfransında danışarkən bunları söyləyib: “Hər şeydən əvvəl, İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahianın yerli bir televiziya kanalına verdiyi müsahibədə söylədiyi kimi, ölkələrimizin xalqları arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulamaq istəyirik. Azərbaycan Respublikası ilə İranın münasibətləri güclü tarixi əlaqələrə, dostluğa və əməkdaşlığa əsaslanır.”

Mətbuat konfransının başqa bir hissəsində Leyla Abdullayeva İranla Azərbaycan Respublikası arasındakı sərhəddə heç bir ölkənin üçüncü qüvvələrinin olmadığını bildirib. O, deyib: “İran-Azərbaycan sərhədi yaxınlığında heç bir üçüncü ölkənin qüvvələrinin olması və ya bu cür qüvvələrin təxribatçı hərəkətləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu cür fikirlərin heç bir əsası yoxdur.”

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq