Bağdad Ankaradan BMT-yə rəsmi şikayət etdi

QafqazTimes xəbər verir ki, İraqın BMT-dəki nümayəndəsi Məhəmməd Hüseyn Bəhrul-ulum çərşənbə günü Türkiyəyə qarşı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət edib.

Əl-Məsələ xəbər saytının məlumatına görə, İraq nümayəndəsi Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etdikdən sonra bütün türk qoşunlarının ölkədən çıxarılmasını tələb edib.

“Kürdüstan Fəhlə Partiyasının hücumları artıq Türkiyə qüvvələrinin İraq torpaqlarında olması üçün bəhanə deyil”, – deyə Bəhrul-ulum bildirib.

Əl-Məsələ həmçinin qeyd edib ki, İraqın BMT-dəki nümayəndəsi Türkiyə ordusunun İraq daxilindəki hərəkətləri ilə bağlı Bağdadın rəsmi şikayətini Təhlükəsizlik Şurasına təqdim edib.

Məhəmməd Hüseyn Bəhrul-ulum daha sonra İraq Kürdüstanının rəhbəri Niçrəvan Barizaninin tələblərini dəstəkləyərək Ərbilə raket hücumlarının böyük ziyan vurduğunu bəyan edib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

1 şərh

נערות ליווי בקריות May 20, 2022 - 7:46 axşam

I was pretty pleased to discover this great site. I need to to thank you for your time for this particularly fantastic read!! I definitely appreciated every part of it and I have you book marked to see new stuff on your blog

Add Comment