Bağçada uşaqlara görün nə verilir – FOTOLAR

Azərbaycanda körpələr evindən yayılan fotolar sosial şəbəkə müzakirə obyektinə çevrilib.

Söhbət Şabran şəhər 1 saylı körpələr evindən gedir.

Belə ki, təhsil eksperti Kamran Əsədov sözügedən müəssisədə uşaqlara verilən günorta və axşam yeməyini paylaşıb.

 “Bu, hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil”, deyən ekspert körpələr evini sərt tənqid edib. “Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?”, – deyə K.Əsədov bildirib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir