Bacısının sözünə qulaq asıb səhv başa düşdü və… – FOTO/VİDEO

Avstraliyada dörd yaşlı qız oyun avtomatından yumşaq oyuncaq çıxarmaq istəyərkən orada ilişib qalıb.

Məlumata görə, qızcığaz böyük bacısının məsləhətinə qulaq asaraq maşından oyuncaq ayı götürməyə qərar verib, lakin onun sözlərini səhv başa düşüb: mükafatını almaq üçün özü qutuya girib, lakin geri çıxa bilməyib.

Qızının düşdüyü vəziyyət görənlərdə, o cümlədən anasında gülüş yaradıb.

Uşağın atası dərhal köməyə gəlib və azad olmaq üçün ona nə etməli olduğunu deməyə başlayıb. Qızcığaz xəsarət almadan oradan çıxa bilib.

“Həyat yoldaşım dülgərdir, ona görə də dəqiq bilirdim ki, onu çıxaracaq. Mən isə gülür və olanları videoya çəkirdim. Bu, onun 18-ci ad günü üçün əla hekayə olacaq”, – deyə ana baş verənləri şərh edib.

O, hər cür köməklik göstərməyə çalışan ticarət mərkəzinin əməkdaşlarına da təşəkkür edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi