İİR İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanı deyib: İran və Suriya ağır gün qardaşlarıdır və həmişə düşmənlə mübarizə meydanında bir-birini müdafiə edəcəklər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (24 yanvar) Suriyanın müdafiə naziri general leytnant İmad Əli Mahmud Abbas onu müşaiyət edən hərbi heyətlə birlikdə İran səfərində SEPAH komandanı Hüseyn Salami ilə görüşüb.
General Salami bu görüşdə deyib: Biz qanımız tökülən torpaqları vətən hesab edirik. Bizim oğullarımız müqəddəs hərəm müdafiəsinə könllü olaraq gedib suriyalı qardaşları ilə çiyin-çiyinə vuruşublar. Suriya və İran coğrafi baxımdan qonşu olmasalar da bu iki milləti bir-birinə can coğrafiyası bağlayır.
Suriyanın müdafiə naziri də bu görüşdə Suriyanın İŞİD və terroristlərlə müharibədə İİR-na dəstəklərinə görə təşəkkürünü bildirərək deyib: İran və Suriya şəhidlərinin qanı bir-birinə qarışıq halda Suriya torpaqlarına qovuşub. Suriya xalqı şəhid general Qasim Süleymaninin zəhmətlərini unutmayacaq. İranın Fələstin müqavimətinə göstərdiyi yardımlar danılmazdır və məhz elə bu dəstəklər islam ümmətinin düşmənlərini hiddətləndirir.
Suriyanın müdafiə naziri həmçinin deyib: Sionist rejimə dəstək verən bəzi islam ölkələri də sanki onların ağuşuna sarılmaq üçün yarışa çıxıb.