Bəyin “xilaskar” dostu onu özünə qandalladı: Açarını isə unutdu (Video izlə)

Dağıstanda bəyin dostu onu özünə qandallayıb, açarını isə unudub.

Ölkədə ənənəvi olan bu halın bəzən nəzarətdən çıxdığı zamanlar da olur. 

Belə ki, Dağıstanda təkcə gəlinləri deyil, bəyləri də “oğurlayırlar”. Adətən bu, toy zamanı baş verir və sonra qohumlar, toyun qonaqları və ya sadəcə həmkəndlilər bəy üçün fidyə tələb edirlər.

Sakinlərdən biri toy zamanı dostunu “oğurlanmaqdan” xilas etmək istəyib və onun əlini qandalla öz əlinə bağlayıb, lakin açarı harada gizlətdiyini unudub. Nəticədə isə rəqs zamanı diqqət mərkəzində təkcə bəy-gəlin deyil, həmçinin unutqan dost da olub.

Yeri gəlmişkən, onlar sonunda açarı tapmağa müvəffəq olublar, lakin ancaq bəylə-gəlinin rəqsindən sonra.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi