Bəyi öz toyunda başından güllələdilər – VİDEO

ABŞ-nin Sent-Luis ştatında kişi öz evində toy mərasimi zamanı başından güllələnib.

Polisin verdiyi məlumata görə, mərasim zamanı iki maskalı silahlı şəxs Dulse və Manuel Qonsales ailəsinin evinin həyətinə daxil olub. Naməlum şəxslər qonaqlara yerindən tərpənməməyi əmr ediblər. Hücum edənlərdən biri bəyin arxasında dayanıb, ikincisi isə qonaqların ciblərini yoxlamağa başlayıb.

Daha sonra hücum edənlərdən biri bəyi başından vurub. Hər iki cinayətkar qaçıb.

Manuel Qonsales xəstəxanaya yerləşdirilib və həkimlər onu xilas etmək üçün əllərindən gələni ediblər.

“O, həyatı üçün mübarizə aparır. Ümid edirik ki, bacaracaq”, – deyə gəlinin bacısı Yaribet Penya bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi