Bəsrədə partlayışa görə 3 günlük matəm elan olundu

Qafqaztimes xəbər verir ki, İraq media mənbələri dünən Bəsrədə törədilən terror partlayışı qurbanlarının sayının artdığını bildirib və Bəsrə valisi Əsəd əl-Əydani partlayışdan sonra əyalətdə üç günlük ümumi matəm elan edən bəyanat yayıb.

Əl-Sumariyyə xəbər saytının məlumatına görə, Əsəd Əl-Əydani açıqlamasında deyib: “Təəssüf ki, Bəsrəyə qarşı xain terror aktı həyata keçirilib və bu, dinc vətəndaşların şəhid olması və yaralanması ilə nəticələnib. Bu ağrılı hücuma görə, Bəsrədə üç günlük matəm elan edir, həlak olanların ailələrinə başsağlığı verir və günahkarların tezliklə ədalətli cəzalandırılacağına söz veririk.”

Bəzi İraq mənbələri dünən günorta (çərşənbə axşamı) Bəsrədə Respublika Xəstəxanası yaxınlığında dəhşətli partlayışın baş verdiyini bildiriblər.

İraqın rəsmi xəbər agentliyi (WAA) da bu xəbəri təsdiqləyib və ilkin məlumatda ölənlərin sayının 4 nəfər olduğunu və 4 nəfərin yaralandığını bildirib.

Lakin Əl-Əhd xəbər saytı Bəsrədəki müxbirinə istinadən indiyədək ölənlərin sayının 16 nəfəri ötdüyünü və yaralıların sayının daha çox olduğunu bildirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya