Bəşar Əsəd: Suriya xalqı terrorizmə qarşı birdir

Qafqaztimes xəbər verir ki, dünən Suriya prezidenti səs verdikdən sonra Suriya xalqının terrorizmə qarşı bir olduğunu bildirib.

Suriya Prezidenti Bəşar Əsəd və həyat yoldaşı Əsma Əsəd, dünən Duma şəhərində öz səslərini seçki qutusuna atmışlar.

Suriyada prezident seçkiləri dünən yerli vaxtla səhər saat 7-də ölkənin bütün əyalətlərində başlamışdır.

Suriya xalqı bu seçkilərdə üç namizəd arasından növbəti prezidentini seçmək üçün səs vermişlər: Abdullah Abdullah, Bəşar Əsəd və Mahmud Məri.

Bəşar Əsəd seçkidən sonra etdiyi qısa bir çıxışında deyib: “Suriya xalqı terrorizmə qarşı birləşmişdir. Suriya Qərb ölkələrinin seçkilərlə bağlı dediklərinə əhəmiyyət vermir və onların fikirlərinin heç bir dəyəri yoxdur.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya