Bəşar Əsəd Fələstin heyəti ilə görüşdə: Biz hələ də müqaviməti dəstəkləməkdəyik

QafqazTimes xəbər verir ki, Suriya prezidenti Bəşar Əsəd ötən gün günortadan sonra Fələstin qruplarının liderləri və nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.

Suriya prezidentinin ofisi bir bəyanatda bildirib ki, bu görüşdə Əlcəzairdə fələstinli qruplar arasında aparılan danışıqların nəticələri və sionist rejim və onun Fələstin ərazisində davam edən cinayətləri ilə mübarizədə xalqın amallarını reallaşdırmaq üçün bu kompromislərin gücləndirilməsi yolları müzakirə edilib.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) bu bəyanatı sitat gətirərək bildirib ki, Bəşar Əsəd bu görüşdə Əlcəzair danışıqlarının əhəmiyyətini vurğulayaraq deyib: “Bu əhəmiyyət Fələstin qruplarının birliyinə səbəb olması və bu birliyin Fələstin məsələsinə xidmətdə başlanğıc nöqtəsi olması ilə bağlıdır.”

O, Fələstin qruplarının birliyinin onların sionist rejimlə mübarizəsi və öz hüquqlarını geri alması üçün əsas amil olduğunu bildirib və qeyd edib ki, Fələstin məsələsini ərəb ölkələrində, xüsusən də Fələstində yeni nəsillərin zehnindən silmək üçün edilən bütün səylər heç bir nəticə verməyib.

Suriya prezidenti Fələstindəki hazırkı hadisələrin yeni nəsillərin hələ də müqavimətə sadiq qaldığını sübut etdiyini bildirərək, əlavə edib ki, daxildə gedən müharibəyə baxmayaraq, Suriya müqavimətə dəstək mövqeyini dəyişməyib və bu məsələ Suriya xalqının müqavimət məsələsinə dərin inamından irəli gəlir.

Suriyanın da maraqlarının müqavimətlə birgə olmasında olduğuna diqqət çəkən Əsəd vurğulayıb: “Müqavimət bir baxış bucağı deyil, hüquqların geri alınmasının əsasıdır. Hər kəsin müharibədən əvvəl tanıdığı Suriya müharibədən sonra da dəyişməyəcək və müqavimətin tərəfdarı olaraq qalacaqdır.”

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu