Bəşər Əsədin Türkiyənin müxalifət liderinə yazdığı məktub

Qafqaztimes xəbər verir ki, Türkiyənin keçmiş millət vəkili Barış Yarkadaş çərşənbə axşamı günü nəşr olunan müsahibəsində Suriya prezidenti Bəşər Əsədin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıncdaroğluya məktub göndərdiyini iddia edib.

O, əlavə edib: “Bu məktub, Qılıncdaroğlunun bölgəyə və Suriyalı qaçqınların vəziyyətinə dair son açıqlamalarından sonra göndərilib. Qılıncdaroğlu deyib ki, biz hakimiyyətə gəldikdən sonra suriyalı qaçqınları öz ölkələrinə qaytarmayacağıq, yəni biz bu işi onların razılığı və Suriya hökumətinin əməkdaşlığı ilə edəcəyik. Terror qrupları ilə mübarizə üçün də Dəməşqlə danışıqlar aparmalıyıq.”

Yarkadaş qeyd edib: “Bu sözlərdən sonra Bəşər Əsəd Qılıncdaroğluya məktubunda “Gəlin bu məsələnin təfərrüatlarından danışaq” deyə müraciət edib.

Türkiyə parlamentinin keçmiş üzvü Qılıncdaroğlunun Bəşər Əsədin məktubuna hələ heç bir cavab verilmədiyini söyləyərək deyib: “Xalq Cümhuriyyət Partiyası kürd məsələsini həll edib Suriyaya gedib Bəşər Əsədlə görüşsə, iki əhəmiyyətli mövzuda etibarını artıra bilər.”

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı