Bərk haldan mayeyə çevrilib hərəkət edən robot düzəldildi (Video izlə)

Çin alimləri bərk haldan mayeyə və yenidən öz ilkin halına qayıda bilən robot yaradıblar.

Qeyd olunur ki, bu texnologiya möcüzəsi möhkəm vəziyyətdə öz kütləsindən 30 dəfə çox yük daşımaq iqtidarındadır.

Eyni zamanda, robot maye kimi yumşalaraq sürünə bilir.

Təcrübə zamanı robot süni mədədə yerləşən maddəni də oradan çıxarmağı bacarıb.

Robot həmçinin özünü əridib dəmir barmaqlıqlar arxasından çıxa, sonra isə yenidən bərk vəziyyətə qayıdıb hərəkət edə bilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi