Bərk döyülməsinə baxmayaraq ayaqda qalan robot hər kəsi heyrətə gətirdi – VİDEO

Çinin “Unitree Robotics” robot texnologiyaları şirkəti robotlarının davamlılığını və möhkəmliyini göstərmək üçün ekstremal sınaqların videosunu paylaşıb.

Dərc olunmuş kadrlarda “Unitree Go2” və “B2” modelləri robot itləri güclü xarici təsirlərə məruz qalır: Şirkətin əməkdaşları onları ayaqları ilə itələyir, bütün gücləri ilə ağac çubuqla vururlar və qaldırıb yerə atırlar. Dördayaqlı robotlar isə ön iki ayaqları üzərində tarazlığı qorumağı bacarır və yerə atıldıqdan sonra tez bir zamanda ayağa qalxırlar.

Bundan əlavə, videoda robotların çətin ərazilərdə sınaqdan keçirilməsi və ardıcıl olaraq üç tullanma etmək qabiliyyəti nümayiş etdirilir.

Qeyd edilir ki, bu cür testlər mühəndislərə robotun real şəraitdə gözlənilməz müdaxilələrlə necə başa çıxacağını qiymətləndirməyə kömək edir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi