BƏƏ-nin döyüş təyyarələri Sənanı 15 dəfə bombalayıb

QafqazTimes xəbər verir ki, Yəmənin Əl-Məsirə telekanalının məlumatına görə Səudiyyə-Amerika koalisiyasına bağlı BƏƏ qırıcıları bu gün səhər saatlarından etibarən Yəmənin paytaxtı Sənanı 12 dəfə bombalayıb.

Bu xəbərin yayılmasından bir neçə dəqiqə sonra Yəmənin Ənsarullah xəbər saytı bir hərbi mənbəyə istinadən bildirib ki, bu səhərdən etibarən (çərşənbə, 19 yanvar) Sənaya qarşı hava hücumlarının sayı 15-ə çatıb və Səna səmasında hələ də Səudiyyə-BƏƏ koalisiyasına məxsus qırıcıların intensiv uçuşları müşahidə olunur.

Məlumata görə, Səudiyyə koalisiyasının BƏƏ qırıcıları bu gün səhər saatlarında Atan bölgəsini dörd dəfə, Beynəlxalq Hava Limanı və onun ətrafını 5 dəfə, həmçinin Sənanın cənubundakı Sənhan şəhərindəki Cərban bölgəsini hədəfə alıb. Bəni Həşiş şəhərində yerləşən Savandakı Əl-Xərbə bölgəsi və Sənanın şimalındakı Bəni Haris şəhərinin əl-Rovzə məhəlləsində yerləşən Hərbi Kollec küçəsi bu səhər BƏƏ qırıcılarının digər hədəfləri olub.

Ənsarullah xəbər saytı həmçinin yazıb ki, BƏƏ qırıcıları bu səhər yenidən Sənanı və Əl-Səvra şəhərinin Əl-Mətar küçəsindəki bir kolleci hədəfə alıb və bu səhərdən etibarən Səna vilayətinin 15 müxtəlif bölgəsini bombalayıblar.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq