İnformasiya vasitələrinin BƏƏ-nnin Yəməndən geri çəkilməsi xəbərlərinə rəğmən, siyasi aktivistlər əmirlik tərəfindən göndərilmiş hərbi avadanlıqların Yəmənə gəlməsini sübut edən fotolar paylaşıblar.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən Ənsarullah Hərəkatı siyasi şurasının üzvü Məhəmməd Əl Bəxiti sosial mediada bir mesaj yazaraq elan edib: BƏƏ Yəməndəki qüvvələrini çıxarmağa başladığını elan etsə də hərbi təchizatı Yəmənə gəlməkdədir. Ümid edirəm çıxışın sonuna qədər İsrail rejimin təzyiqlərinə məruz qalmaz. Çünki biz xarici qüvvələrin bir qarış belə torpağımızda qalmasına icazə vermərik.
Məhəmməd Əlbəxitinin bu sözləri bəzi iştirakçıların etirazına səbəb olub və onlar körfəz vasitəsilə BƏƏ təchizatının Yəmənə hərbi sursat daşınmasını sübut edən foto şəkillər palyaşıblar.